“Sumqayıt” məğlubiyyətlə başladı

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “kimyaçılar” Macarıstan təmsilçisi “Kapoşvar”la qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Kifayət qədər məhsuldar alınan bu oyunda qapılara bütövlükdə 7 qol vurulub. Sumqayıtlılar 3 qola sevindikləri bu matçdan məğlub ayrılıblar.

“Sumqayıt” Türkiyədə bundan əlavə daha üç yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 17-də Rumıniyanın “Politexnika İaşi”, 21-də Polşanın “Arka”, 25-də isə Qazaxıstanın “Şaxtyor” klubları ilə qarşılaşacaq.

Yoxlama oyunu

14 yanvar

Sumqayıt – Kapoşvar (Macarıstan) 3:4
Qol:
Mehdi Şərifi, 14. Xəyal Nəcəfov, 68. Amil Yunanov, 76.
Türkiyə, “Miracle” otelinin stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 4. Şəhriyar Əliyev, 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 70. Mehdi Şərifi, 90. Rəhim Sadıxov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button