“Sumqayıt”a 1 qol bəs etdi

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “kimyaçılar” Polşanın “Arka” klubu ilə qarşılaşıb. Oyuna Bakı vaxtı ilə saat 16:30-da start verilib. Sumqayıtlılar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

“Sumqayıt” Antalya toplanışındakı yoxlama oyunlarında Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub, Rumıniyanın “Politexnika İaşi” komandası ilə qollu bərabərə qalmışdı.

Yoxlama oyunu

21 yanvar

Sumqayıt – Arka (Polşa) 1:0
Qol: Əmir Ağayev, 8.
Antalya, “Topkapı” otelinin stadionu

Sumqayıt: Mehdi Cənnətov, Vurğun Hüseynov (k), Cəmaləddin Xocaniyazov, Peyman Babayi, Əmir Ağayev, Süleyman Əhmədov, Sərtan Taşqın, Elvin Cəfərquliyev, Aleksey İsayev, Rəhim Sadıxov, Xəyal Nəcəfov.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button