Ançelotti “Real”ın oyununu stadiondan izlədi

“Real”ın sabiq baş məşqçisi, hazırda Braziliya millisinə rəhbərlik edən Karlo Ançelotti çərşənbə axşamı Madrid klubunun Çempionlar Liqası çərçivəsində “Monako”ya qarşı oyununu canlı izləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan sonra sosial mediada “Real”ın müzeyində çəkilmiş şəklini paylaşaraq, bu sözləri yazıb:

“Santyaqo Bernabeu”da necə də gözəl Çempionlar Liqası axşamı! Səmimi qarşılama üçün bütün “Real” azarkeşlərinə təşəkkür edirəm. Mövsümün qalan hissəsində uğurlar, Madrid!”

Madrid klubu “Santyaqo Bernabeu”da azarkeşlərini 6:1 hesablı qələbə ilə sevindirib. Bu, komandanın yeni baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında ilk avrokubok oyunu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button