“Bayern” rəsmisi “Qarabağ”ın rəqibinin baş məşqçisini təriflədi

“Bayern”in sədri Karl-Haynts Rummenigge “Bayer”in baş məşqçisi Xabi Alonso haqda fikirlərini bölüşüb.

Komanda.az “express.de”-yə istinadən xəbər verir ki, almaniyalı futbol funksioneri Alonsonu tərifləyib:

“Alonso məşqçilik peşəsini sıfırdan öyrənmək üçün vaxt ayırdı. Onun böyük məşqçi olacağını bilirdim. “Bayer” böyük hörmətə layiqdir, çox cəlbedici futbol oynayırlar”.

Bundesliqada 2023/24 mövsümünün 11 turundan sonra “Bayer” “Bayern”i 2 xal qabaqlayaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button