Bundesliqa klubunda yeni müqavilə – “Arsenal” istəyirdi

Almaniyanın “Ştutqart” klubu futbolçusu Orel Manqalyanın müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu mövsüm “Ştutqart”la 27 oyuna çıxan belçikalı futbolçu 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Manqalyanın “transfermarkt”da dəyəri 22 milyon avrodur. Yarımmüdafiəçi ilə İngiltərənin “Arsenal” klubu yaxından maraqlanırdı.