Almaniyanın “Ştutqart” klubu baş məşqçisi Pelleqrino Mataratsonun müqaviləsinin yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.
“Ştutqart” Bundesliqada 10-cu pillədədir. Pelleqrinonun əvvəlki sözləşməsi 2022-ci ilin yayına qədər idi.