Dadaşov Azərbaycan millisinə çağırıldı

Almaniyanın “Proyssen” klubunun futbolçusu Rüfət Dadaşov Azərbaycan milli komandasına dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə Münster təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, Dadaşovun Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə qarşılaşacağı oyunlara dəvət aldığı bildirilib.

Azərbaycan Uels millisi ilə sentyabrn 6-da səfərdə, 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button