Bundesliqa klubu karantinə alındı

Almaniyanın “Herta” komandası karantinə alınıb.

Komanda.az xəbət verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. “Herta”da komandanın baş məşqçisi Pal Dardai, onun köməkçisi Admir Hamzaqiç, futbolçular Dodi Lukebakio və Marvin Plattenhardtda koronavirus aşkarlanıb. “Herta” koronavirusa yoluxma hallarının daha da artmaması üçün karantinə alınıb. “Herta” klubunun məşqçilər heyəti və futbolçuları tam tərkibdə karantinə alınıblar.

“Herta” Bundesliqada “Maynts”, “Frayburq” və “Şalke” ilə matçları buraxacaq.