“Borussiya”nın yeni baş məşqçisi açıqlandı – rəsmi

Almaniyanın “Borussiya” (Münhenqladbax) komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Münhenqladbax təmsilçisinin “sükan”ı Addi Hyutterə tapşırılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hyutter yeni mövsümdən “Borussiya”nı çalışdıracaq.

Hazırda “Ayntraxt”ı (Frankfurt) çalışdıran Hyutter “Borussiya”da baş məşqçi postunda Marko Rozeni əvəzləyəcək. Roze isə yeni mövsümdən Dortmund “Borussiya”sının baş məşqçisi olacaq.