Mətbuatın təzyiqlərinə görə karyerasını bitirmək istəyib – “Borussiya”nın hücumçusu

Almaniyanın “Borussiya” klubunun futbolçusu Yussufa Mukoko maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı hücumçu, mətbuatın təzyiqlərinə görə karyerasını bitirmək həddinə gəldiyini deyib:

“Mətbuatda çox şeylər yazılırdı. Yaşımın daha çox olduğunu iddia edir, üstümə gəlirdilər. Çox stresli vaxtlar idi. Bu iddialara görə futbolu atmağı, karyeramı bitirməyi düşünürdüm. Ancaq klub rəhbərliyi və baş məşqçimiz mənə dəstək oldu. Meydanda sərgilədiyim oyunla bütün hər şeyi unutdura bildim”.

Mukoko ötən ilin yayından “Borussiya”nın əsas komandasında çıxış edir. Hücumçu Bundesliqada ötən mövsüm 14 oyunda 3 qol vurub.