Əlcəzair millisinin üzvü “Borussiya”da

Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Münhenqladbax təmsilçisi “Renn”dən Rami Bensebaini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Borussiya” Əlcəzair millisinin də formasını geyinən Bensebainin transferi üçün 8 milyon avro ödəyib.