“Bavariya”nın yeni baş məşqçisi rəsmən açıqlandı

Almaniyanın “Bavariya” komandasının yeni baş məşqçisi açıqlanıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin “sükan”ı Yulian Naqelsmanna tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı mütəxəssislə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.

Naqelsmann hazırda “Leyptsiq”i çalışdırır və o, yeni komandasında iyulun 1-də işə başlayacaq.

Hazırda “Bavariya”nın baş məşqçisi Hans-Diter Flikdir və o, mövsümün sonunda klubdan ayrılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button