Rəsmi: Holland hücumçu Bundesliqa klubunda

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Frankfurt təmsilçisi Portuqaliya “Sportinq”indən Bas Dostu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Emmen”in yetirməsi olan Bas Dost, 2016-cı ildən “Sportinq”də çıxış edirdi. Hücumçu 18 dəfə formasını geyindiyi Hollandiya millisində 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button