Bundesliqa klubu türk futbolçusunu icarəyə verdi

Almaniyanın “Ayntraxt” klubu futbolçusu Ali Akmanı icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 19 yaşlı türk hücumçu 2021/2022 mövsümünü icarə əsasında Niderlandın “Neymegen” klubunda keçirəcək.

Akman 2021-ci ilin martında “Ayntraxt”a keçib.