Almaniyada yaşayan azərbaycanlıdan “Frayburq” fanatlarına məsləhət – VİDEO

“Mətbəximiz çox zəngindir. Plov, dolma və kabab olduqca dadlıdır. Fanatlara Azərbaycan kompotunu içməyi məsləhət görərdim”.

Komanda.az xəbər verir ki, bunu Almaniyada yaşayan Murad Şirinov adlı azərbaycanlı “Frayburq”un Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi oyundan öncə Bundesliqa təmsilçisinin rəsmi telekanalına müsahibəsində deyib.

Əslən Qarabağdan olan və 1,5 ildir Frayburqda yaşayan Şirinov Azərbaycan paytaxtının “Küləklər şəhəri” kimi tanındığını bildirib: “Orada əsasən insani münasibətlər var. Azarkeşlər şəhərin gözəlliyindən və təmizliyindən heyrətə gələcəklər”.

O, “Frayburq” fanatlarına Qız Qalası, İçəri şəhər və alman kilsəsini ziyarət etməyi məsləhət görüb: “Azərbaycanlılar kifayət qədər müasir və tolerant xalqdır. Amma eyni zamanda milli və mədəni dəyərlərimizi qorumağa çalışırıq”.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button