Almaniya millisinin AÇ-2024-də əsas qapıçısı o olacaq

Almaniya millisinin məşqçilər heyəti 2024-cü ildə keçiriləcək Avropa çempionatında əsas qapıçı kimi “Barselona”nın qolkiperi Mark-Andre ter Ştegeni yox, “Bayern”in üzvü Manuel Noyeri görür.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Noyerin uzun müddət ciddi zədədən sağalmasına baxmayaraq, baş məşqçi Yulian Naqelsman hələ də almaniyalı qolkiperi millinin bir nömrəsi hesab edir.

37 yaşlı futbolçu daha əvvəl Almaniya yığmasındakı karyerasını bitirmək fikrində olmadığını açıqlayıb.

Noyer bu mövsüm zədəsini sağaltdıqdan sonra bütün turnirlərdə 7 matçda iştirak edib, onların dördündə qapını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button