Boatenq həbs oluna bilər

Almaniya milli komandasının sabiq futbolçusu Jerom Boatenq həbs oluna bilər.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi bu gün məhkəmə qarşısına çıxacaq. Boatenq keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Qadını döydüyü iddia olunan Boatenq 5 il müddətinə həbs oluna bilər.

2010-2021-ci illərdə “Bayern”də çıxış edən Boatenq Almaniya millisində 76 oyun keçirib. Müdafiəçi bir neçə gün əvvəl Fransanın “Lion” klubuna transfer olunub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button