Milli komandada yeni rekordçu

Almaniya milli komandası yoxlama oyununda Argentina ilə qollu bərabərə qalıb – 2:2.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada hesabı açan alman hücumçu Serj Qnabri yeni rekorda imza atıb. Belə ki, Qnabri Almaniya yığmasında son 11 oyunda 10 qol vurub.

“Bavariya”nın şərəfini qoruyan oyunçu yığma tarixində 10 qol səddinə ən tez çatan futbolçu ünvanını qazanıb.

Qnabri, eyni zamanda, ardıcıl 4 oyundur ki, yığmada fərqlənir. Bunu sonuncu dəfə Məsut Özil bacarmışdı. Türk əsilli almaniyalı yarımmüdafiəçi 2012-ci ildə ardıcıl 4 oyunda qol vura bilmişdi.