Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Frits Keller istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Keller istefa verərək, vəzifəsindən ayrılıb.

Keller aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında DFB-nin vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə etmiş, daha sonra həmkarından üzr istəmişdi. Kox prezidentin üzrünü qəbul etməmişdi. Kellerin bu səbəbdən istefa verdiyi bildirilir.

Keller 2019-cu ilin sentyabrından Almaniya Futbol İttifqaının prezidenti vəzifəsini icra edirdi.