“Aleksandriya”dan Emilsiz qələbə

Futbol üzrə Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Çernomorets”lə (Odessa) qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb – 2:1.

Emil bu görüşün iştirakçısı olmayıb. O, yenə sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 5 turdan sonra 10 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button