Alba tezliklə bu klubla müqavilə imzalayacaq – Açıqlama

“İnter Mayami”nin həmsahibi Jorge Mas ispaniyalı müdafiəçi Jordi Albanın ABŞ klubuna keçidini təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı belə deyib:

“Alba ilə yaxın günlərdə müqavilə imzalayacağıq”.

Hazırda azad agent statusunda olan futbolçu 11 il (2012-2023) “Barselona”nın formasını geyinib.

O, 2022/23 mövsümündə Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Xatırladaq ki, öncədən Argentina millisinin üzvü Lionel Messi və “Barselona”nın sabiq futbolçusu Serxio Buskets də “İnter Mayami”yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button