“Alanyaspor”un yeni baş məşqçisi məlum olub

“Alanyaspor” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgə təmsilçisi Fatih Təkkəyə tapşırılıb.

46 yaşlı mütəxəssis bu postda Ömər Ərdoğanı əvəzləyib.

“Alanyaspor” Super Liqada 10 turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb.

Fatih Təkkə son olaraq 2022/2023 mövsümündə “İstanbulspor”un “sükanı arxasında” olub. O, futbolçu kimi 1997-2008-ci illərdə 25 matçda Türkiyə millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button