AFFA Klublar Komitəsinin videokonfransı keçiriləcək

Mayın 14-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 12:00-da başlayacaq iclasda AFFA, Peşəkar Futbol Liqası və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda klubların məşqlərə başlaması, həmçinin Azərbaycan Premyer Liqası və Birinci Divizionunun mümkün bərpasının müzakirə olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button