AFFA divizion klublarına top payladı

AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində 1-ci divizionda çıxış edən hər bir kluba 2021/2022-ci il mövsümündə istifadə üçün top verilib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klublarının əvəzedici komandalarının hər birinə 10 ədəd, 1-ci divizionda çıxış edən digər klubların hər birinə isə 15 ədəd “Nike” şirkətinin istehsalı olan top təqdim olunub.