AFFA-dan Premyer Liqanın 4 klubuna cəza

AFFA Azərbaycan Premyer Liqasının 31-ci turunda baş tutan oyunlardan sonra 4 komandanı cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib. Həmçinin, oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Naxçıvan təmsilçisi daha 800 manat ziyana düşüb. 

Görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” 1500 manat cərimələnib.

İntizam Komitəsinin digər cəzaları “Şamaxı” – “Kəpəz” matçı ilə bağlı olub. 85-ci dəqiqədə “Şamaxı”nın futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Bölgə təmsilçisi legioner üzvünün hərəkətinə görə 500 manat cərimələnib. 

“Kəpəz” isə ehtiyat skamyaya dəymiş zərərə görə ziyan düşüb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button