AFFA-dan Nazarovla bağlı açıqlama
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Millətlər Liqasının sentyabrda keçiriləcək oyunlarında iştirak etməyəcəyini bildirmişdik.
Komanda.az xəbər verir ki, AFFA məsələylə bağlı açıqlama yayıb:
“UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, sentyabrın 8-də isə Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışında Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək.
Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.
UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün milli assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq”.
Bizi Facebook-da izləyin