
AFFA 5 komandaya texniki məğlubiyyət verib
AFFA İntizam Komitəsi müxtəlif liqalarda çıxış edən 5 komandaya texniki məğlubiyyət verib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun iclasinda qərar qəbul olunub.
Futzal üzrə 1-ci liqanın 11-ci turunun “Djevo Dəyirman” – “Star Kargo” oyununda “Djevo Dəyirman” təyin olunan vaxtda meydana çıxmadığına görə komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında keçirilməli olan “Marafon İK” – “Ərgünəş FK” oyunu “Ərgünəş” komandasının gəlməməsi səbəbindən baş tutmadığı üçün “Ərgünəş” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-14 Liqasında keçirilməli olan “Araz Naxçıvan PFK” –UGİM (Ordubad) oyunu UGİM komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün UGİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-14 Liqasında keçirilməli olan UGİM (Babək) –UGİM (Kəngərli) oyunu UGİM (Babək) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün UGİM (Babək) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-13 Liqasında keçirilməli olan UGİM (Babək) – UGİM (Sədərək) oyunu UGİM( Sədərək) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün UGİM (Sədərək) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bizi Facebook-da izləyin



