“Nyukasl”la yaxşı əlaqələrim var” – Mourinyo

Adı “Nyukasl” klubu ilə hallanan portuqaliyalı mütəxəssis Joze Mourinyo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda İtaliyanın “Roma” komandasında baş məşqçilik edən Mourinyo, “Nyukasl”la yaxşı əlaqələrinin olduğunu deyib:

“Adımın “Nyukasl”la hallanmasıyla bağlı deyəcək bir şeyim yoxdur. Klubun əfsanəvi futbolçusu Bobbi Robsonla “Barselona”da işləmişəm. O, “Nyukasl” tarixinin ən böyük insanlarından biridir. Bu klubla hər zaman yaxşı əlaqələrim olub. Ancaq hazırda “Roma”dakı layihə üzərində çalışıram və bütün diqqətim burdadır”.