Adı MY ilə hallanan məşqçi: “Gələcək haqda düşünmürəm”

“Ayaks”ın baş məşqçisi Erik ten Haq yayda “Mançester Yunayted”ə keçib-keçməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Komanda.az “Manchester Evening News”a istinadən xəbər verir ki, baş məşqçi, hələlik bütün diqqətini “Ayaks”a yönəltdiyini bildirib:

“Mançester Yunayted”? Hələlik diqqətimi cari mövsümə yönəltmişəm. Mən gələcək haqqında düşünmürəm. Biz iki yarışda mübarizə aparmağa davam edirik və mən “Ayaks”la iki kuboku da qazanmaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button