“Adana Dəmirspor” daha bir ulduz futbolçu üçün hərəkətə keçdi

Yeni mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək “Adana Dəmirspor” klubu daha bir səs-küylü transferə hazırlaşır.

Komanda.az xəbər verir ki, italiyalı ulduz futbolçu Mario Balotellini “rənglərinə bağlayan” Adana təmsilçisi bu dəfə Şkodran Mustafi üçün hərəkətə keçib. Türkiyə mətbuatının xəbərinə görə, “Adana Dəmirspor” Almaniyanın “Şalke” klubu ilə müqaviləsi başa çatan Mustafinin meneceri ilə danışıqlara başlayıb. Uzun illər İngiltərə “Arsenal”ının formasını geyinən 29 yaşlı müdafiəçinin Türkiyə klubuna keçməyə müsbət yanaşdığı deyilir.

Mustafi 20 dəfə Almaniya milli komandasının formasını geyinib.

“Adana Dəmirspor” Mustafi ilə yanaşı, hazırda azad agent olan braziliyalı müdafiəçi David Luizi də transfer etməyə çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button