AÇ: Azərbaycan millisindən son oyunda 8 cavabsız qol

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş qarşılaşmada 8:0 hesablı qələbə qazanıb.

Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayılov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurub.

Xal: Ukrayna – 7. Bosniya və Herseqovina – 7. Azərbaycan – 3. Lixtenşteyn – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button