AÇ-2024: Türkiyə millisində ciddi itki

Türkiyə millisinin heyətində ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, millinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb. İcarə əsasında “Fənərbaxça”da çıxış edən 28 yaşlı futbolçu Super Liqanın 38-ci turunun “İstanbulspor”la matçında (6:0) ayaq əzələsindən zədə alıb.

Müqavilə ilə “Atletiko”ya məxsus olan mərkəz müdafiəçisi bu yay keçiriləcək Avropa çempionatında komandasına kömək edə bilməyəcək.

Türkiyə yığması AÇ-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button