“Biz ingilislərlə dostuq” – Mançini

İtaliya millisinin baş məşqçisi Roberto Mançini AÇ-2024-ün seçmə mərhələsinin İngiltərə ilə ilk oyunu haqda fikirlərini bildirib.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, DÇ-2022-də iştirak edə bilmədikləri üçün məyus olduqlarını da dilə gətirib:

“Biz ingilislərlə dostuq. Onlarla tez-tez qarşılaşırıq. Azarkeşlərimizə demək istəyirəm ki, DÇ-2022-də iştirak edə bilmədiyimiz üçün məyusuq. Ümid edirik ki, növbəti çempionat bizim üçün daha ciddi keçəcək”.

İtaliya millisi AÇ-2024-ün seçmə mərhələsində C qrupunda İngiltərə, Ukrayna, Şimali Makedoniya və Malta ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button