AÇ-2020 üçün yeni təklif – müvəqqəti dəyişiklik

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) AÇ-2020-nin final mərhələsində müvəqqəti futbolçu dəyişikliyi tətbiq edə bilər.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, qurumun fikrinə görə, beyin sarsıntısı keçirməkdə şübhəli bilinən futbolçular müvəqqəti əvəzlənə bilərlər. Qayda qüvvəyə minərsə, reqbidə olduğu kimi, həkimlər meydanın kənarında futbolçunun vəziyyətini dəqiqləşdirəcək, beyin sarsıntısı şübhəsi varsa, futbolçu birdəfəlik əvəzlənəcək, belə bir ehtimal yoxdursa, bu halda o, yenidən meydana qayıdacaq.

Qurum qərarın dekabrın 3-də müzakirəyə çıxarılacağını bildirib. Qərar qəbul olunarsa, AÇ-2020-nin final mərhələsində bu dəyişiklikdən istifadə olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button