“Azərbaycan bizi ikinci ölkəsi kimi qəbul edə bilər”

AÇ-2020-nin qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək Uels millisinin baş məşqçisi Rayan Giqqz açıqlama verib.

Komanda.az “metro.news” saytına istinadən xəbər verir ki, Giqqz Bakıda qalacaqlarını deyib:

“Bu yaxınlarda Bakıya səfər etmişdik. Bu, çox yaxşı oldu. Orda qələbə qazanmışıq və yaxşı təcrübə toplamışıq. Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəsi kimi qəbul edə bilər”.

Uels millisi AÇ-2020-də Türkiyə, İtaliya və İsveçrə millisi ilə yer aldığı A qrupunun 2 oyununu Bakıda keçirəcək. Uels yığması İsveçrə ilə iyunun 13-də, Türkiyə ilə isə iyunun 17-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. İtaliya ilə qarşılaşma isə iyunun 21-də Romada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button