AÇ-2020: 1/8 finalın 2 oyununun təyinatları açıqlandı

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçiriləcək İtaliya – Avstriya və Uels – Danimarka matçlarının təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, İtaliya – Avstriya matçını İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qeri Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçrəli Sandro Şerer yerinə yetirəcək.

Uels – Danimarka oyunu Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zayder və Rafael Foltik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rumıniyadan olan Ovidio Haçeqan yerinə yetirəcək.

Hər iki oyun iyunun 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button