ABŞ – Türkiyə matçı məşhurları bir araya gətirdi

2026-cı il dünya çempionatının qrup mərhələsində ABŞ və Türkiyə milliləri arasında keçirilən oyunu Hollivudun və ABŞ şou-biznesinin bir sıra tanınmış simaları stadiondan izləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, VİP-lojada məşhur aktyorlar Bred Pitt, Edvard Norton, Kolin Farrell, Leonardo Di Kaprio və Paris Hilton görüntüləniblər.

İdman dünyasının tanınmış simalarından isə NBA-da “Çikaqo Bulls”un heyətində dəfələrlə çempion olmuş Skotti Pippen də qarşılaşmanı stadiondan izləyənlər arasında yer alıb.

Oyun Türkiyə millisinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, nəticə turnir cədvəli baxımından əhəmiyyət daşımayıb. ABŞ millisi daha əvvəl qrup lideri kimi pley-off mərhələsinə vəsiqəni təmin etmişdi. Türkiyə yığması isə turnirin əvvəlində aldığı iki məğlubiyyət səbəbindən mundialla vaxtından əvvəl vidalaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button