200 milyon avroya MLS-ə

ABŞ-ın “Sent-Luis” klubu 2022-ci ildən MLS-də çıxış edəcək.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. BBC-nin xəbərinə görə, “Sent-Luis” MLS-də çıxış etmək üçün 200 milyon avro ödəyəcək.

Hazırda 24 komandanın mübarizə apardığı MLS-ə 2020-ci ildə Devid Bekhemin sahibi olduğu “İnter Mayami”, 2021-ci ildə isə “Austin” klubu daxil olacaq.