Fransa klubundan ayrıldı, okeanın o tayına getdi

ABŞ-ın “Minnesota Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, MLS təmsilçisi Fransanın “Renn” klubundan Adrien Yununu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı fransız hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2016-cı ildən “Renn”də çıxış edən Yunu bu mövsüm Liqa 1-də 20 oyunda 4 qol vurmuşdu.