Rinqdə növbəti ölüm: “Olanları geri qaytara bilsəydim…” FOTO

ABŞ-da keçirilən boks yarışı zamanı aldığı zərbələrdən nokaut olan Patrik Dey 4 gün komanda qaldıqdan sonra vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı idmançı Çarles Konvell ilə döyüşün 10-cu raundunda başına aldığı zərbədən sonra yerə yıxılıb. Xəstəxanaya aparılan Dey, 4 gün sonra həyatını itirib.

Hadisədən sonra rəsmi “tvitter” hesabından açıqlama yayan Çarles Konvell rəqibinin ölümü haqda bunları yazıb:

“Tək məqsədim qazanmaq idi. Belə olmasını istəməzdim. Kimsə belə bir ölümə layiq deyil. Olanları geri qaytara bilsəydim, dərhal bunu edərdim”.

Patrik Dey daha əvvəl keçirdiyi 22 döyüşün 17-də qələbə qazanıb, 4-də isə məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button