“Abramoviç “Çelsi”nin görkəmli sahibi idi” – Fabreqas

“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas klubun sahibinin dəyişməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, klubun keçmiş rəhbəri Roman Abramoviçi “Çelsi”nin görkəmli sahibi adlandırıb:

“Sahibliyi dəyişmək həmişə çətindir. Abramoviç “Çelsi”nin görkəmli sahibi idi. O, vaxtını, pulunu və biliyini kluba sərf etdi. “Çelsi” həmişə mübarizə aparmalı və qalib gəlməlidir. Bu klubda beş il oynamışam, orada qalib gəlmək, qazanmaq xoşuma gəlir. İstər yaxşı oynasınlar, istərsə də pis oynasınlar, yuxarıda və ya enişdə olsunlar, həmişə eynidirlər və bu məni xoşbəxt edir”.

Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibi idi.

“Zadəganlar” mayın 30-da rusiyalı iş adamı Roman Abramoviçin klubun amerikalı Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma və “Clearlake Capital” investisiya şirkətinə satışını başa çatdırdığını bildiriblər.