A Seriyasında ən çox qazanan baş məşqçi kimdir?

İtaliya A Seriyasında ən yüksək məvacib qazanan baş məşqçilərin siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, “La Gazetta dello Sport”un hazırladığı siyahıya görə, A Seriyasında ən yüksək məvacibi “İnter”in baş məşqçisi Antonio Konte alır. İtalyan mütəxəssisin illik məvacibi 12 milyon avrodur. Siyahının ikinci pilləsində illik 2,5 milyon avro qazanan “Roma”nın çalışdırıcısı Paulo Fonseka qərarlaşıb. İlk 3-lüyü Can Pyero Qasperini tamamlayır. “Atalanta”nın baş məşqçisi illik 2,2 milyon avro qazanır.

“Yuventus”un çalışdırıcısı Andrea Pirlo isə “qoca sinyora”da illik 1,8 milyon avro əldə edir. Bu məbləğlə o, siyahının 7-ci pilləsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button