“Keşlə”dən ayrılan futbolçu rəsmən “Sumqayıt”da
2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu növbəti futbolçunun keçidini reallaşdırıb.
Komanda.az xəbər verir ki, “kimyaçılar” 2017/18 mövsümündə də “Sumqayıt”ın şərəfini qorumuş yarımmüdafiəçi Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. İmamverdiyev yeni komandasında 22 nömrəli formada çıxış edəcək.
Cavid İmamverdiyev 2017/18 mövsümündə “Sumqayıt”ın uğurları çalışıb. Həmin mövsümün bütün oyunlarında iştirak edən yarımmüdafiəçi (28 oyun, 2350 dəq.) 6 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.
Cavid “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib. İmamverdiyev U-21 (16 oyun, 3 qol) və A millimizin də (11 oyun, 1 qol) formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin