“Neftçi” “Qalatasaray”ın tarixinə 100-lə düşdü
“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”ni 3:1 hesabıyla məğlub edib.
Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma həm “cim-bom”, həm də komandanın baş məşqçisi Fatih Terim üçün əlamətdar olub. Belə ki, “Neftçi” üzərində qələbə “Qalatasaray”ın avrokuboklardakı 100-cü zəfəri olub. Terim isə “sarı-qırmızılar”la 500-cü oyununa çıxıb.
“Qalatasaray” avrokuboklarda 268 oyunda 100 qələbə qazanıb, 111 dəfə də uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin