“Koutinyo, Qrizmann və Dembele bu il “Barselona”nın bir parçası olacaq”

Son mövsümü icarə əsasında “Bavariya”da keçirən “Barselona”nın futbolçusu Filippe Koutinyonun meneceri Kia Yoorabşian açıqlama verib.

Komanda.az “talkSPORT”a istinadən xəbər verir ki, Yoorabşian, braziliyalı futbolçunun Kataloniya klubundakı gələcəyi barədə danışıb:

“Koutinyo “Barselona”da qalacaq. O, komandaya sentyabrın 7-də qayıdacaqdı, amma bu, daha tez baş verdi. Koutinyo fiziki formasını itirmək istəmir. O, hazırda “Barselona” ilə birlikdə məşq edir.

Hər şey “Barselona”nın keçən illə müqayisədə bu il dəyişəcəyini, inkişaf edəcəyini göstərir. Koutinyo, Antuan Qrizmann və Osman Dembele bu il “Barselona”nın bir parçası olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button