Portuqaliya qalib gəldi, Ronaldo 100-ü keçdi

Portuqaliya millisi UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində İsveçə 2:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun Portuqaliyanın hər iki qolunun müəllifi olan hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Bununla da, 35 yaşlı futbolçu milli komandanın heyətində 100 qol həddini keçib.

“Yuventus”un üzvü milli komandalarda ən çox qol vuran futbolçuların siyahısında 2-cidir. Birinci pillədə 109 qolla İran millisinin keçmiş futbolçusu Əli Daei qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button