Millinin düşərgəsini tərk etdi – “Çelsi” ilə müqavilə imzalamaq üçün

Almaniya milli komandasının futbolçusu Kay Haverts yığmanın düşərgəsini tərk edib.

Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Çelsi” ilə müqavilə imzalamaq üçün İngiltərəyə yola düşüb. Havertsin formasını geyindiyi “Bayer” klubu da futbolçunun “zadəganlar”a keçidini təsdiqləyib.     

İngiltərə mətbuatının xəbərinə görə, “Çelsi” alman yarımmüdafiəçi üçün “Bayer”ə 90 milyon avro ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button