“Qalatasaray” “Neftçi”nin də bəyənmədiyi futbolçunu icarəyə verir

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray”, futbolçusu Jesse Sekidikanı icarəyə vermək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terimin icarəyə göndərilməsini istədiyi hücumçuyla “Göztəpə” klubu yaxından maraqlanır.

“Qalatasaray” 24 yaşlı hücumçunu bu ilin yanvarında “Əskişəhərspor”dan transfer edib. Sekidika “cim-bom”la 6 oyuna çıxıb.

Nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın keçmiş baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button