“Atletiko”nu “Monako”ya dəyişdi
“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Atletiko” (Madrid) klubunun müdafiəçisi Enrike Kayonu transfer edib.
Bu barədə knyazlıq klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Monako” bu transfer üçün 8 milyon avrosundan keçib.
“Santos”un yetirməsi olsa da, peşəkar karyerasına “Atletiko”da başlayan Kayo, son illərdə icarə əsasında “Parana”, “Fluminense” və “Qremio”da icarədə oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin