
DÇ-2026-da yenilik olacaq
Bu ay start götürəcək dünya çempionatında ənənəvi himn mərasimində dəyişiklik ediləcək.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Yeni qaydalara əsasən, komandalar himn zamanı artıq yalnız start heyəti ilə deyil, ehtiyat oyunçular da daxil olmaqla tam tərkibdə meydançaya çıxacaqlar.
Futbolçular meydanın mərkəzində bir-birinin qarşısında dayanacaq, onların arasında isə FİFA bayrağı yerləşdiriləcək. Meydanın hər yarısında isə qarşılaşan komandaların böyük bayraqları dalğalanacaq.
Yeni konsepsiyanın əsas məqsədi hər bir futbolçunun bu xüsusi anı yaşamasını təmin etməkdir. Beləliklə, himn mərasimi daha emosional və tam komanda ruhunu əks etdirən formatda keçiriləcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



